1. Sosial məzuniyyət ödənişlərinin avtomatlaşdırılması
2026-cı ildən etibarən sosial məzuniyyət ödənişləri proaktiv qaydada həyata keçirilir. Bu prosesdə əsas rol Dövlət Sosial Müdafiə Fondu tərəfindən icra olunur.
Nə dəyişdi?
-
Ödənişlərin hesablanması və köçürülməsi avtomatik həyata keçirilir.
-
İşəgötürən tərəfindən əlavə sənəd təqdim etmə tələbi aradan qaldırılıb.
-
Proses digər dövlət sistemləri ilə inteqrasiya olunub.
Yeni tələb
-
3 yaşadək uşağa görə məzuniyyətlərdə uşağın FİN kodunun daxil edilməsi məcburidir.
2. Ştat vahidi yaradılarkən maaşın daxil edilməsinin məcburi olması
ƏMAS-da tətbiq edilən digər mühüm dəyişiklik ştat strukturu ilə bağlıdır. Artıq yeni ştat vahidi yaradılarkən yalnız vəzifə adı deyil, həm də əməkhaqqı mütləq sistemə daxil edilməlidir.
Nə dəyişdi?
-
“Boş ştat” anlayışı formal olaraq məhdudlaşdırıldı.
-
Hər bir vəzifə konkret maliyyə göstəricisi ilə sistemdə əks olunur.
3. Səhiyyə işçiləri üçün əməkhaqqı əlavələrinin sistemləşdirilməsi
2026-cı ildə səhiyyə sektoruna yönəlmiş xüsusi yeniliklərdən biri əməkhaqqı əlavələrinin ƏMAS üzərindən avtomatlaşdırılması oldu.
Nə dəyişdi?
-
Xüsusi iş şəraitinə görə əlavələr sistem tərəfindən avtomatik tətbiq olunur
-
Əlavələrin hesablanması vahid mexanizmə bağlanıb